Şou-biznes Özəl

"Eşref Rüya"nın aktyoru yeni seriala keçir

Eşref Rüyanın aktyoru yeni seriala keçir

Türkiyəli aktyor Görkem Sevindik yeni layihədə çəkilməyə hazırlaşır.

Demokrat.az xəbər verir ki, aktyor "Güneşin doğduğu yer" adlı yeni serialın aktyor heyətinə qoşulub.

Məlumata görə, Görkem Sevindik ekran işində "Ceyhun" obrazını canlandıracaq. Serialın yaxın vaxtlarda çəkilişlərinə başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, aktyor hazırda finala hazırlaşan Eşref Rüya serialında rol alır. O, eyni zamanda Kantin filmində baş obrazı canlandırmağa hazırlaşır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova