Şou-biznes Özəl

"Jumanji"nin aktyoru oğlu tərəfindən qətlə yetirildi

Jumanjinin aktyoru oğlu tərəfindən qətlə yetirildi

ABŞ-da tanınmış aktyor Ceyms Hendi qətlə yetirilib.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Los-Anceles şəhərinin Tarzana məhəlləsində baş verib.

Məlumata görə, aktyor yaşadığı evin ərazisində çoxsaylı bıçaq xəsarətləri ilə aşkarlanıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları ona ilkin yardım göstərsələr də, Ceyms Hendi xəstəxanada dünyasını dəyişib.

İlkin araşdırmalar zamanı məlum olub ki, aktyoru sevgilisinin 44 yaşlı oğlu Maykl Qledhil bıçaqlayıb. Bildirilir ki, şübhəli şəxs hadisədən sonra polisə zəng edərək bir nəfəri öldürdüyünü etiraf edib və daha sonra hüquq-mühafizə orqanlarına təslim olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ceyms Hendi “Jumanji”, “K-9: İt işi”, “Top Gun”, “Araknofobiya” kimi filmlərdəki rolları ilə tamaşaçıların yaddaşında qalıb. Aktyorun son ekran işi isə “Top Gun: Maverick” filmində canlandırdığı barmen Cimmi obrazı olub.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova