Maraqlı Özəl

Uzunmüddətli tənhalıq insanda unikal psixoloji hiss formalaşdırır

Uzunmüddətli tənhalıq insanda unikal psixoloji hiss formalaşdırır

ksər insanlar öz “ikinci yarılarını” tapmaq və həyatlarının qalan hissəsini sevgi içində keçirmək istəyirlər. Lakin bu hər kəsə nəsib olmur və əksəriyyət üçün bu proses dərhal baş vermir.

Demokrat.az xəbər verir ki, YourTango nəşrinin yazdığına görə, təklik əslində “çox faydalı bir dövr” ola bilər və insana sosial əlaqələrdən kənarda kim olduğunu anlamağa imkan verir. Müəllif qeyd edir ki, tənhalıq güclü emosiyalarla müşayiət olunur və bu hisslər münasibətdə olan insanlar üçün çox vaxt anlaşılmaz qalır.

Nəşr "TikTok" blogeri Emma adlı bir gəncin hekayəsini misal gətirir. O, öz videosunda xroniki tənhalıq yaşayan insanlara xas, lakin izahı çətin olan xüsusi bir hissi bölüşüb. Onun sözlərinə görə, bu hiss “heç kimə məxsus olmamaq” duyğusudur.

Emma qeyd edir ki, bu hissi uzunmüddətli münasibətdə olan dostlara izah etməyə çalışdıqda anlaşılmazlıq yaranır: insanlar bunu özünə yazığı gəlmək kimi qəbul edirlər. Halbuki burada söhbət nə peşmanlıqdan, nə də mərhəmət istəməkdən gedir, sadəcə sözlə ifadəsi çətin olan bir reallıqdan gedir.

“Düşünürəm ki, insanlar bunu eşidəndə özünə yazığı gəlmə kimi qəbul edirlər, amma bu sadəcə obyektiv bir həqiqətdir ki, mən heç kimə məxsus deyiləm. Bəzən bu qorxulu olur? Əlbəttə. Elə günlər olur ki, həqiqətən kiməsə ehtiyac duyuram, hətta tək etdiyim maraqlı səyahətlərdə belə”, deyə Emma bildirib.

Bloggerin sözlərinə görə, o, heç kim üçün birinci seçim deyil, zəng ediləcək və ya mesaj yazılacaq ilk şəxs kimi hiss etmir.

Emma vurğulayıb ki, tək səyahət etməyi və müxtəlif fəaliyyətlərlə məşğul olmağı sevsə də, bəzən paylaşacaq birinin olmaması onu tənhalaşdırır. O, ümumilikdə aktiv həyat tərzi sürdüyünü – səyahət etdiyini, restoranlara getdiyini, gəzintilər və çimərlik istirahətləri etdiyini qeyd edib. Lakin onun fikrincə, yanında bir partnyor olsaydı, bu təcrübələr tamamilə fərqli olardı.

“Bilmirəm nə qədər müddət tənha qalacağam. Və ümid edirəm ki, əgər bir gün öz insanımı tapsam, geriyə baxıb bu vaxtı boşuna keçirdiyimi düşünmərəm və həqiqətən yaşamış olaram”, deyə Emma əlavə edib.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova