Sağlamlıq Özəl

Daban ağrısından əziyyət çəkənlər üçün 4 qızıl məşq

Daban ağrısından əziyyət çəkənlər üçün 4 qızıl məşq

Ayaqaltı və daban ağrıları gündəlik həyata ciddi mane olur.

Demokrat.az xəbər verir ki, mütəxəssislər ev şəraitində bu ağrıları sürətlə azaldan 4 sadə hərəkət təklif edirlər.İlk növbədə, ayaq altına tennis topu qoyub irəli-geri yuvarlamaq lazımdır.

Bu hərəkət daban nahiyəsindəki ağrını və gün ərzində yaranan gərginliyi effektiv şəkildə götürür.

Digər üsul isə oturaq vəziyyətdə dəsmalı ayaq barmaqlarına keçirib özünə tərəf 20 saniyə dartmaqdır.Eyni zamanda, divara söykənib bir ayağı geriyə ataraq baldır əzələsini dabanı yerdən üzmədən dartmaq da müsbət nəticə verir. Son olaraq, yerdəki dəsmalı və ya kiçik əşyaları ayaq barmaqları ilə qaldırmağa çalışmaq bədənin bu hissəsindəki əzələləri xeyli gücləndirir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova