Məşhur müğənni Kamila Kabello və milyarder Henri Junior Kalhoub 18 aylıq münasibətdən sonra ayrılıblar.
Demokrat.az xəbər verir ki, “TMZ”nin məlumatına görə, 29 yaşlı müğənni ilə təxminən 1,2 milyard dollar sərvətə sahib olduğu deyilən Kalhoub ailəsinin varisi olan 40 yaşlı Henri Junior Kalhoub münasibətlərinə son qoyub.
Mənbələrin bildirdiyinə görə, Kamila və Henri səmimi bir söhbət edərək münasibətlərini bitirməyin daha doğru olduğuna qərar veriblər. İkilinin bir-birindən uzaqlaşdığını anladıqları və prosesi uzatmadan ayrılmağı seçdikləri qeyd olunub.
İddialara əsasən, münasibətləri boyunca xoşbəxt və əyləncəli vaxt keçirsələr də, son mərhələdə aralarındakı ehtirasın azaldığını hiss ediblər və birlikdə olma səbəblərini belə sorğulamağa başlayıblar.
Keçmiş cütlük son dəfə aprel ayında Koaçella festivalında birlikdə görüntülənmişdi.
Onların tanışlığı 2024-cü ilin sonlarında Səudiyyə Ərəbistanında Elie Saab moda tədbirində baş tutmuş və daha sonra münasibətə çevrilmişdi.
2025-ci ilin iyulunda Kamila Kabello İbizadakı romantik istirahətlərindən fotolar paylaşaraq Henri Junior Çalhouba aşiq olduğunu bildirmişdi. Bundan əvvəl isə cütlük Romada öpüşərkən və əl-ələ gəzərkən görüntülənmişdi.
Kamila Kabello daha əvvəl 2019–2021-ci illərdə müğənni Şavn Mendes ilə münasibətdə olub. 2023-cü ildə onlar münasibətlərini qısa müddətə yenidən bərpa etsələr də, bir neçə ay sonra yenidən ayrılıblar.







Jalə Demokrat.az


