Maraqlı Özəl

Aşpazların gizli texnikası: Həm xırtıldayır, həm də qaralmır

Aşpazların gizli texnikası: Həm xırtıldayır, həm də qaralmır

Badımcan qızartması zamanı ən çox rast gəlinən problemlərdən biri onun yağ çəkməsi və qaralmasıdır. Lakin aşpazların tətbiq etdiyi sadə bir üsul sayəsində bu problemlərin qarşısını almaq mümkündür.

Demokrat.az xəbər verir ki, badımcan qızartması hazırlayarkən ən vacib mərhələ onu duzlu suda saxlamaqdır. Bu üsul badımcanın acılığını azaldır və içindəki suyu buraxmasına kömək edir. Nəticədə qızartma zamanı yağ çəkməsinin qarşısı alınır.

Duzlu suda saxlanılan badımcanlar daha sonra yaxşıca yuyulub qurudulur. Ardınca una (və ya istəyə görə yumurta və un qarışığına) batırılaraq qızartma prosesinə keçilir. Bu üsulla hazırlanan badımcanlar yağda qızardıldıqda həm daha xırtıldayan olur, həm də qaralmır.

Badımcan qızartması resepti

Lazım olan ərzaqlar:

* 1 ədəd orta boy badımcan * 1,5 stəkan duru yağ (və ya zeytun yağı) * 1 ədəd yumurta * 2 xörək qaşığı un * 1 çay qaşığı duz * 1 çay qaşığı qabartma tozu

Hazırlanma qaydası:

Badımcanlar dairəvi formada doğranır və duzlu suda saxlanılır. Sonra sudan çıxarılıb qurudulur. Yumurtalı-una qarışdırılmış qarışıma batırılır və qızğın yağda hər iki tərəfi qızardılır.

Nəticədə həm xırtıldayan, həm də daha az yağ çəkən badımcan qızartması əldə edilir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova