Azərbaycanda da böyük maraqla izlənilən Türkiyənin "Taşacak bu deniz” serialının komandası mövsüm finalı öncəsi təşkil olunan bayram gecəsi ilə maqazin gündəmini dəyişib.
Demokrat.az xəbər verir ki, uğurlu keçən mövsümdən sonra bir araya gələn aktyorlar həm əyləncəli anlar yaşayıb, həm də ortaya çıxan münasibət iddiaları ilə diqqət mərkəzinə düşüblər.
Gecədə ön plana çıxan görüntülərdən biri Ali Öner və Zeynəb Atılğanın birlikdə rəqs etdiyi anlar olub. İkilinin səmimi davranışları maqazin kulislərində geniş müzakirə edilib. Eyni zamanda Naz Sayıner ilə rol yoldaşı Erdem Şanlının yaxın görüntüləri də diqqət çəkib.
Şənlik zamanı sosial mediada paylaşılan səmimi görüntülərdən sonra Naz Sayıner və Erdem Şanlı şayiələrin mərkəzinə düşüblər. İddiaya görə, Sayınerin sevgilisi bu görüntülərdən sonra “Instagram”da onu izlıməyi dayandırıb. Erdem Şanlı isə hadisədən sonra “X” hesabını bağlayıb. Aktyorlardan hələlik rəsmi açıqlama verilməyib.
Gecədə gündəmə düşən digər görüntü isə Ali Öner və Zeynəb Atılğanın rəqs anları olub. Bu səmimi görüntülər, Ali Önerin qısa müddət əvvəl ayrıldığı keçmiş nişanlısı Livanur Aydının sosial mediada etdiyi paylaşım ilə birlikdə daha da diqqət çəkib. Aydın paylaşımında “Sizin bu gün əmin olduğunuz şübhələr mənim əvvəldən bildiyim gerçəkdir” ifadələri ilə dolayı şəkildə gündəmə işarə edib.
Serialın bayram gecəsində ortaya çıxan bu görüntülər və sosial media hərəkətləri gündəmdə qalmaqda davam edərkən, diqqətlər aktyorlardan gələcək açıqlamalara yönəlib.
Həm Ali Öner, həm Zeynəb Atılğan, həm də Erdem Şanlı və Naz Sayıner tərəfdən hələlik rəsmi şərh verilməyib.





Jalə Demokrat.az


