Şou-biznes Özəl

Çəkiliş meydançasında qəza: Xəstəxanaya yerləşdirildi — FOTO

Çəkiliş meydançasında qəza: Xəstəxanaya yerləşdirildi — FOTO

Məşhur türk müğənni Sinan Akçıl yeni layihəsinin çəkilişləri zamanı bədbəxt hadisə ilə üzləşib.

Demokrat.az xəbər verir ki, sənətçi bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

Hadisə “Yaz bi şarkı” adlı layihənin çəkiliş meydançasında baş verib. Sinan Akçılın sözlərinə əsasən, ayağına şüşə parçası batıb və nəticədə xəsarət alıb.

O, daha sonra xəstəxanaya aparılıb və həkimlər tərəfindən yarasına 14 tikiş qoyulub.

Məlumata görə, müğənninin vəziyyəti hazırda stabildir və ciddi təhlükə yoxdur.

Çəkiliş meydançasında qəza: Xəstəxanaya yerləşdirildi — FOTO

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova