Dünya

“ABŞ-ı gözləmədən Putinlə birbaşa danışıqlara hazıram” — Zelenski açıqlama verdi

“ABŞ-ı gözləmədən Putinlə birbaşa danışıqlara hazıram” — Zelenski açıqlama verdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın digər beynəlxalq münaqişələrin həllini tamamlamasını gözləmədən Rusiya Prezidenti Vladimir Putinlə dərhal birbaşa danışıqlara başlamağa hazır olduğunu bildirib.

UNN-in məlumatına görə, dövlət başçısı bunu jurnalistlərə bildirib.

“ABŞ-ın dünyadakı bütün münaqişələri həll etməsini gözləməkdənsə, Putinlə dərhal birbaşa danışıqlara başlamağa hazıram” -deyə Zelenski vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, Vaşinqtonun diqqəti hazırda əsasən İran ətrafındakı vəziyyətə yönəlib. “Bu gün diqqət mərkəzində biz deyilik. Mənim fikrimcə, İran ABŞ üçün bir nömrəli məsələdir”, – Zelenski əlavə edib. (Azpost.info )

NE
Nihadə Eyyubova