Azərbaycanda toylar şou-biznes nümayəndələrinin ən böyük qazanc mənbələrindən biri sayılır. Xüsusilə məşhur müğənnilərin iştirak etdiyi məclislər həm dəbdəbəsi, həm də yüksək qonorarları ilə diqqət çəkir. Son illər sənətçilərin toy qiymətləri ətrafında aparılan müzakirələr xeyli artıb. Bir çox hallarda yarım saatlıq çıxış üçün tələb olunan məbləğ adi vətəndaşların aylıq gəlirini dəfələrlə üstələyir.
Bəs Azərbaycanın tanınmış müğənniləri bir toy məclisində iştirak etmək üçün nə qədər qonorar alırlar? Yarım saatlıq proqramla bütöv toyun qiyməti arasında hansı fərq var? Ən bahalı sənətçilər kimlərdir və onların tələb etdiyi məbləğlər hansı səbəblərdən dəyişir?
Demokrat.az bildirir ki, Azərbaycanın şou-biznes nümayəndələrinin toylara hansı məbləğə getmələri ilə bağlı araşdırma aparılıb.
Araşdırmanın nəticələrini təqdim edirik:
1.Xalq artisti Faiq Ağayevtoylarda yalnız yarım saatlıq çıxış edir. O, bütöv və 1 saatlıq toy məclislərinə qatılmır. İfaçının toyda yarım saat çıxış etməsinin qiyməti 10 min manatdır.
2.Günay İbrahimlitoylarda yarım saat iştirak etmək üçün 6 min manat qonarar tələb edir. Bütöv toyu idarə etmək isə səs sistemi, ansambl, vokalist daxil 15 min manatdır.
3.Murad Arifyarım saatlıq çıxış üçün 4 min manat tələb edir. Bütöv toyun qiyməti isə 14 min manatdır.
4.Xəyyam NisanovBakıda olan toy məclislərində yarım saat üçün 5 min manat qonarar tələb edir. Bütöv toyun qiyməti isə 15 min manatdır.
5.Əməkdar artist Abbas Bağırovtoy məclislərində yarım saatlıq çıxış üçün 6 min, bütöv toyu aparmaq üçün isə 18 min manat tələb edir.
6.Əməkdar artist Ədalət Şükürovyarım saatlıq çıxış üçün 4 min manat, 1 saatlıq ifa üçün isə 6 min manat gəlir əldə edir. İfaçı bütöv toy məclislərində iştirak etmir.
7.MüğənniManaf Ağayevbütöv toy məclisində çıxış üçün 3.500 manat qonarar tələb edir. O, məclisə öz ansambılı ilə qatılır və bir nəfər də xanım ifaçı gətirir.
8.Xalq artisti Tünzalə Ağayevatoy məclislərində yarım saatlıq və 45 dəqiqəlik çıxış edir. O, yarım saat üçün 6500, 45 dəqiqəlik ifa üçün isə 10 min manat vəsait tələb edir.
9.Əməkdar artist Manana Caparidzeisə Bakıda toy məclislərində yarım saatlıq çıxış üçün 5 min, 1 saatlıq çıxış üçün isə 7 min manat vəsait tələb edir. İfaçı bütöv toy məclislərində iştirak etmir.
10.Xatirə İslamyarım saatlıq ifa üçün 5 min, bütöv toy məclisi üçün isə ansamblla birlikdə 12 min, ansambılsız isə 8 min manat vəsait tələb edir.
11.Kəmalə Günəşli1 saatlıq məclis üçün 2 min, bütöv toy üçün ansamblla 5000, ansambılsız isə 3500 manat qazanc əldə edir.
12.Xuraman Şuşalıtoy məclislərində yarım saatlıq ifa üçün 1500, 1 saat üçün 2 min, bütün məclis üçün isə 4 min manat tələb edir. Əgər bütöv məclisdə musiqiçiləri ilə birlikdə çıxış edəcəksə, onda qiymət 6 min manat olur.
13.Xalq artisti Brilliant Dadaşovayarım saatlıq çıxış etdiyi məclisdən 8 min, bütöv toy idarə etmək üçün isə 15 min manat qazanc əldə edir.
14.Xalq artisti Zülfiyyə Xanbabayevaisə toy məclislərində yalnız yarım saatlıq iştirak edir. Sənətçi bu çıxışı üçün 7 min manat qonarar tələb edir.
15.Xalq artisti Eyyub Yaqubovda bütöv toy məclislərində iştirak etmir. Yarım saatlıq çıxış üçün isə 4 min manat qazanc əldə edir.
16.Elit Star ləqəbi ilə tanınan Cəmilə Bayramovaməclislərdə yalnız yarım saatlıq çıxış edir. O, bu ifa üçün 500 manat alır.
17.Əməkdar artist Könül Kərimovatoy məclislərində yarım saatlıq ifa üçün 3 min, 1 saat üçün 4 min, bütöv toy məclisində iştirak üçün isə 10 min manat vəsait tələb edir.
18.Əməkdar artist Elnarə Abdullayevayarım saatlıq çıxış üçün 4 min, bütöv toyu tək idarə etmək üçün 7 min, ansamblla çıxış üçün isə 12 min qonarar alır.(yenisabah)
Demokrat.az


