Cəmiyyət

“Qala Sığorta” Gömrük Akademiyasında maarifləndirmə aparıb — FOTOLAR

“Qala Sığorta” Gömrük Akademiyasında maarifləndirmə aparıb — FOTOLAR

“Qala Sığorta” ASC Azərbaycan Mərkəzi Bankının sığorta savadlılığının artırılması ilə bağlı tövsiyələrinə uyğun olaraq növbəti maarifləndirmə tədbirini təşkil edib.

Şirkətdən Demokrat.az-a verilən məlumata görə, tədbir Gömrük Akademiyasının tələbələri üçün keçirilib. Görüş zamanı “Qala Sığorta” ASC-nin peşəkar əməkdaşları tərəfindən kredit götürən şəxslərin məşğulluğunu itirməsi riskindən sığorta təminatı mövzusunda ətraflı məlumat təqdim olunub.

“Qala Sığorta” Gömrük Akademiyasında maarifləndirmə aparıb — FOTOLAR

Təqdimatda iştirakçılara bu sığorta növünün mahiyyəti, əhatə etdiyi risklər, təminat şərtləri və gözlənilməz hallarda maliyyə öhdəliklərinin idarə olunmasına verdiyi dəstək barədə məlumat verilib.

Bildirilib ki, məşğulluğun itirilməsi hallarında sığorta təminatı kredit ödənişləri ilə bağlı yarana biləcək maliyyə çətinliklərinin azaldılmasına kömək edir.

“Qala Sığorta” Gömrük Akademiyasında maarifləndirmə aparıb — FOTOLAR

Tədbir interaktiv formatda davam edib. Tələbələri maraqlandıran suallar şirkət nümayəndələri tərəfindən cavablandırılıb, sığorta məhsulları və onların gündəlik həyatda əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, əhalinin, xüsusilə də gənclərin maliyyə və sığorta savadlılığının artırılması istiqamətində maarifləndirmə layihələrinin həyata keçirilməsi “Qala Sığorta” ASC-nin sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindən biridir.

“Qala Sığorta” Gömrük Akademiyasında maarifləndirmə aparıb — FOTOLAR

Demokrat.az

D
demokrat.az