Cəmiyyət

Avtomobil sahiblərinə şad xəbər: “Şərikli Kasko” məhsulu təqdim edildi — VİDEO

Avtomobil sahiblərinə şad xəbər: “Şərikli Kasko” məhsulu təqdim edildi — VİDEO

“Qala Sığorta” ASC avtomobil sahiblərinə daha sərfəli sığorta imkanları yaratmaq məqsədilə “Şərikli Kasko” məhsulunu təqdim edir.

Şirkətdən Demokrat.az-a verilən məlumata görə, bu məhsul vasitəsilə sürücülər sığorta haqqının yalnız 50 faizini ödəməklə avtomobillərini tam kasko təminatı ilə sığortalaya bilirlər. Qalan məbləğin ödənilməsi isə yalnız sığorta hadisəsi baş verdiyi təqdirdə tələb olunur.

“Şərikli Kasko” avtomobil sahiblərinə ilkin xərcləri azaltmaqla yanaşı, nəqliyyat vasitələrini qəza, zədələnmə və digər risklərə qarşı etibarlı şəkildə qorumaq imkanı yaradır.

Məhsul həm avtomobilin tam kasko təminatı ilə qorunmasını, həm də sığorta xərclərinin daha əlçatan şəkildə planlaşdırılmasını təmin edir.

“Şərikli Kasko” və digər sığorta məhsulları barədə ətraflı məlumat almaq istəyənlər “Qala Sığorta” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanında yerləşən ofisinə müraciət edə və ya *4000 qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

Demokrat.az

D
demokrat.az