“Qala Həyat” Sığorta Şirkəti ASC vətəndaşların maliyyə təhlükəsizliyinin təmin olunması məqsədilə kredit həyat sığortası xidmətlərini təqdim edir.
Şirkətdən Demokrat.az-a verilən məlumata görə, kredit həyat sığortası gözlənilməz hadisələr nəticəsində yaranan maliyyə risklərinin azaldılmasına xidmət edir. Bu sığorta növü sayəsində müəyyən hallarda kredit öhdəliklərinin yerinə yetirilməsi təmin olunur, eyni zamanda ailə üzvlərinin maliyyə yükünün artmasının qarşısı alınır.
Kredit götürən şəxslər üçün belə sığorta həm borc öhdəliklərinin idarə olunmasında əlavə təminat yaradır, həm də ailənin gələcək maliyyə sabitliyinin qorunmasına kömək edir.
“Qala Həyat”ın təqdim etdiyi həllər müştərilərə həm kreditlərinin, həm də ailələrinin maliyyə təhlükəsizliyini qorumaq imkanı verir.
Ətraflı məlumat almaq istəyənlər “Qala Həyat” Sığorta Şirkəti ASC-nin Bakı şəhəri, İzmir küçəsi 5A ünvanında yerləşən ofisinə müraciət edə və ya 1540 qaynar xətti, eləcə də (012) 404 77 74 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Demokrat.az


