Cəmiyyət

Məhərrəmlik ayı bu tarixdə başlayır

Məhərrəmlik ayı bu tarixdə başlayır

Azərbaycanda Məhərrəm ayının başlayacağı tarix məlum olub. Bu il Məhərrəmlik iyunun 16-da başlayacaq.

Demokrat.az-ın məlumatına görə, Məhərrəm ayının ən mühüm günü sayılan Aşura günü isə iyunun 25-nə təsadüf edəcək.

Məhərrəmlik başa çatdıqdan sonra Səfər ayı başlayacaq. Səfər ayının başlanğıcı iyulun 15-nə təsadüf edir və təxminən 1 ay davam edəcək.

Demokrat.az

NE
Nihadə Eyyubova