Şou-biznes Özəl

"Survivor"da ayağı amputasiya edilən iştirakçının son halı — FOTO

Survivorda ayağı amputasiya edilən iştirakçının son halı — FOTO

“Survivor” yarışmasında hər kəsi sarsıdan dəhşətli hadisədən sonra ilk açıqlama gəlib. “Survivor Greece” yarışmasının iştirakçısı Stavros Floros çəkilişdən kənar vaxtda sualtı balıq ovu zamanı qayığın pərinin ayağını kəsməsindən sonra səhhəti barədə ilk dəfə məlumat paylaşıb.

Demokrat.az xəbər verir ki, xəstəxana çarpayısından və əlil arabasından fotolar yayımlayaraq ayağını itirdiyini təsdiqləyən gənc yarışmaçı paylaşımında iradə nümayiş etdirib: “Bu foto ayağını itirən insanı deyil, daxilindəki gücü kəşf edən şəxsi göstərir”.

Dominikan Respublikasında Saona adası yaxınlığında baş verən bədbəxt hadisədən sonra reanimasiyaya yerləşdirilən gəncin müalicəsi gizli saxlanılırdı. Floros bildirib ki, həyat insanı yıxanda yenidən ayağa qalxmağın yolunu tapmaq lazımdır. Çətin anın bütün həyatı idarə etməsinə icazə verməyəcəyini qeyd edən iştirakçının bu sözləri izləyicilərini duyğulandırıb və ona böyük dəstək mesajları gəlib.

Baş verən ağır xəsarətdən sonra layihənin yayımı dərhal dayandırılmışdı. Telekanal rəhbərliyi isə final gecəsində Stavros Florosu mövsümün simvolik çempionu elan edərək 250 min avroluq baş mükafatı ona təqdim edib.

Survivorda ayağı amputasiya edilən iştirakçının son halı — FOTO
Survivorda ayağı amputasiya edilən iştirakçının son halı — FOTO

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova