Şou-biznes Özəl

"Kızılcık Şerbeti"nin qəza səhnəsinin kamera arxası görüntüləri yayıldı

Kızılcık Şerbetinin qəza səhnəsinin kamera arxası görüntüləri yayıldı

“Kızılcık Şerbeti” serialının mövsüm finalındakı səs-küylü qəza səhnəsinin pərdəarxası kadrları üzə çıxıb.

Dördüncü mövsümü geridə qoyan ekran işində İlhami obrazının ölümü ilə nəticələnən çəkilişlərin maraqlı anları yayılıb. Beşinci mövsümə hazırlaşan layihədə bu dəfə aktyor Fatih Gühanın canlandırdığı personaj komandadan ayrılıb.

Görüntülərdə dramatik qəza anlarının əslində olduqca əyləncəli mühitdə lentə alındığı görünür. Nursema və İlhami personajlarının qəzaya düşdüyü səhnənin çəkilişləri zamanı aktyorlar Ceren Yalazoğlu Karakoç və Fatih Gühanın zarafatlaşması diqqətdən yayınmayıb.

Xatırladaq ki, serial hər il olduğu kimi, bu dəfə də ənənəvi yol qəzası və yüksəklikdən yıxılma səhnələri ilə fasiləyə çıxıb. Yeni mövsümün sentyabrda başlaması gözlənilir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova