Hərbi

Onları hərbi xidmətə aparmayacaqlar — Proses başladı

Onları hərbi xidmətə aparmayacaqlar — Proses başladı

Ölkəbaşçısının sərəncamına əsasən, iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətəçağırışhəyata keçiriləcək.

Demokrat.azxəbər verir ki,bir çox çağırışçıları hansı dərəcəli yastıpəncəliyin hərbi xidmətə yararlı olduğu maraqlandırır.

Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkimekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinə uyğun olaraq 1-ci və 2-ci dərəcəli yastıpəncəlik hərbi xidmətə yararlı hesab edilir.

Yalnız 3-cü və 4-cü dərəcəli yastıpəncəliyi olan şəxslər orduya çağırılmır, hərbi xidmətə yararsız hesab olunurlar.(modern.az)

Demokrat.az

NE
Nihadə Eyyubova