Kartof qaynadarkən çox vaxt ya həddindən artıq yumşaq olub dağılır, ya da sulu və dadsız alınır. Nəticə isə diqqətdən qaçan kiçik detaldan asılıdır. Təcrübəli aşpazlar dəfnə yarpağından yalnız ətir üçün istifadə etmirlər. Məlum olub ki, bu ədviyyat kartofun strukturuna da ciddi təsir göstərir.
Demokrat.az xəbər verir ki, kulinariya ekspertlərinin sözlərinə görə, dəfnə yarpağının tərkibindəki efir yağları kartofdakı nişastanın formasını qorumağa kömək edir. Bu səbəbdən kartof bütöv qalır və pürə halına düşmür. Bundan əlavə, dəfnə yarpağı kartofun səthini bir qədər qurudur. Nəticədə kartof daha sıx və iştahaaçan tekstura alır.
Ən yaxşı nəticə üçün dəfnə yarpağını qaynama prosesinin ilk dəqiqələrində qazana atmaq lazımdır. Lakin yarpaq suda uzun müddət qalmamalıdır, əks halda yeməyə acı dad verə bilər. Aşpazlar qeyd edirlər ki, bu üsul xüsusilə tez dağılan kartof növlərində daha yaxşı nəticə verir və onların formasını saxlayır.
Dəfnə yarpağı kartofun qoxusunu da dəyişir. O, köhnə kartofda yaranan xoşagəlməz qoxuları neytrallaşdırır. Qaynadılmış kartofda və salat üçün bişirilən tərəvəzlərdə bu yarpaq olduqca faydalıdır. Belə olduqda kartof tikələri salatın içində əzilib dağılmır. Peşəkar aşpazlar bu üsuldan sobada bişirmə zamanı da istifadə edirlər. Bir qazan üçün bir və ya iki dəfnə yarpağı kifayət edir, çox istifadə olunduqda dad ağırlaşa bilər.
Yarpağın yüngül antiseptik təsiri də var ki, bu da yeməyin təravətini daha uzun müddət qoruyur. Onu sarımsaqla birlikdə işlətmək məsləhət görülmür, çünki sarımsaq dəfnənin incə ətrini itirə bilər. Bu sadə kulinariya sirri sayəsində kartof daha ifadəli və dadlı alınır.
Yəni, kartof qaynadarkən qazana bir-iki dəfnə yarpağı atmaq onun həm dağılmasının qarşısını alır, həm də köhnə kartofun xoşagəlməz qoxusunu yox edib yeməyi daha dadlı edir.
Demokrat.az


