SON DƏQİQƏ! Bakıda ağır qəza, maşın körpüdən aşdı

HADİSƏ 25 yan 2020, 09:52

Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib.

 

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, qəza Sabunçu rayonu ərazisində, Maştağa körpüsünün üstündə qeydə alınıb.

 

İki minik maşını toqquşub, avtomobillərdən biri körpüdən aşıb.


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən bildirilib ki, qəza nəticəsində 7 nəfər xəsarət alıblar.

 

Yaralılardan 5 kişi, ikisi qadındır.

 

Qəza nəticəsində xəsarət alanlar təcili yardım həkimləri vasitəsilə 3 saylı Sabunçu xəstəxanasına aparılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top