Şou-biznes Özəl

Daha 25 məşhur saxlanıldı — Serenay Sarıkaya ölkədən qaçdı

Daha 25 məşhur saxlanıldı — Serenay Sarıkaya ölkədən qaçdı

İstanbulda məşhurlara qarşı keçirilən narkotik əməliyyatında yeni detallar məlum olub.

Demokrat.az-ın məlumatına görə, Mabel Matiz, Feyza Civelek, Onur Tuna və Volkan Bahçekapalının da aralarında olduğu çoxsaylı şəxslər saxlanılıb.

Bildirilib ki, Bakırköy Cumhuriyet Başsavcılığı tərəfindən aparılan istintaq çərçivəsində daxil olan məlumatlar, araşdırılan rəqəmsal materiallar və əldə edilən digər sübutlar əsasında ictimaiyyətdə tanınan şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr formalaşıb.

Bu əsasla İstanbul İl Jandarma Komutanlığı tərəfindən səhər saatlarından etibarən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında, eləcə də Muğlada ümumilikdə 25 ünvanda əməliyyat keçirilib.

Əməliyyat zamanı ünvanlarda axtarış aparılıb. Saxlanılan şəxslər arasında Osman Haktan Canevi, Aslıhan Turanlı, Kübra İmren Siyahdemir, Mehmet Rahşan, Cansu Tekin, Özgür Deniz Cellat, Tarık Tunca Bakır, Aycan Yağcı, Tuğçe Postoğlu və Eda Dora da yer alıb.

Barəsində saxlanılma qərarı verilən şəxslər arasında Serenay Sarıkaya, Tan Taşçı, Blok3 kimi tanınan Hakan Aydın və Berkay Şahin də yer alıb.

Məlumata əsasən, Serenay Sarıkaya əməliyyat zamanı ölkə xaricində olduğu üçün saxlanılmayıb.

Məlumata görə, ümumilikdə 25 nəfər barəsində saxlanılma qərarı verilib. İstintaq davam edir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova