İnfrastruktur

ADY Bakı–Tbilisi–Bakı qatarının bilet qiymətini rəsmən açıqladı

ADY Bakı–Tbilisi–Bakı qatarının bilet qiymətini rəsmən açıqladı

Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.

Bu barədə Demokrat.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, marşrut üzrə səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.

Marşrut üzrə səyahət tarifləri:

Bakı–Tbilisi: 81 AZN-dən Yevlax–Tbilisi: 67 AZN-dən Gəncə–Tbilisi: 62 AZN-dən Ağstafa–Tbilisi: 57 AZN-dən Böyük Kəsik–Qardabani: 51 AZN-dən başlayır.

Demokrat.az

D
demokrat.az