Maraqlı Özəl

Bu ölkədə yerə düşən meyvələri yığan 6300 manat cərimələnir

Bu ölkədə yerə düşən meyvələri yığan 6300 manat cərimələnir

Sinqapurda ictimai ərazilərdə ağaclardan yerə düşən meyvələrin yığılması qadağan edilib. Bu qaydanı pozan şəxsləri böyük məbləğdə cərimə gözləyir.

Demokrat.az xəbər verir ki, bu barədə ölkədə yaşayan hindistanlı kontent müəllifi məlumat yayıb. Onun səkəyə tökülən manqolarla bağlı paylaşdığı video sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Videoda icazəsiz meyvə toplayanların 5 min Sinqapur dolları (təxminən 6 min 300 manat) məbləğində cərimələnə biləcəyi qeyd olunub.

Ölkədə dövlətə məxsus ərazilərdəki ağaclar və onların meyvələri dövlət mülkiyyəti hesab edilir. Səlahiyyətli qurum olan "National Parks Board" ictimai ərazilərdəki meyvələrin yalnız rəsmi icazə ilə toplana biləcəyini açıqlayıb. Müvafiq qanuna əsasən, qanun pozuntusu milli park və ya qoruq ərazilərində baş verərsə, cərimə 50 min Sinqapur dollarına (təxminən 63 min manat) qədər yüksələ bilər. Bundan əlavə, qaydanı pozanlar üçün 6 aya qədər həbs cəzası da nəzərdə tutulub.

Sosial şəbəkə istifadəçilərinin rəyləri fərqli olub. Bəzi şəxslər şəhər nizamını dəstəkləsə də, digərləri meyvələrin yerdə çürüməsini israf adlandırıb. Rəsmi mənbələr bu tətbiqin ölkənin intizam siyasətinin bir hissəsi olduğunu bildirir.

Yəni, Sinqapurda küçədə və ya parkda yerdən meyvə götürmək qanunla qadağandır, çünki həmin meyvələr dövlətin əmlakı sayılır və bunu edənlər minlərlə manat cərimə oluna bilər.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova