Cəmiyyət

"Buna görə dünyada birinci yerdəyik"

Buna görə dünyada birinci yerdəyik

Azərbaycan Avropanın enerji xəritəsini yenidən formalaşdırır. Bakının atdığı strateji addımlar qitənin təhlükəsizliyində əsas amilə çevrilib.

Demokrat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev beynəlxalq “Euronews” televiziyasına müsahibəsində bildirib.

O qeyd edib ki,hazırda Azərbaycan qazı boru kəmərləri vasitəsilə 16 ölkəyə, o cümlədən 12 Avropa dövlətinə çatdırılır. Ölkəmiz bu göstərici ilə dünyada lider mövqedə qərarlaşıb. Bakı ilə səmərəli əməkdaşlıq quran Avropa Komissiyası üçün bu layihələr alternativ və etibarlı təchizat mənbəyidir.

"Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır", - ölkə başçısı bildirib.

Demokrat.az

NE
Nihadə Eyyubova