Maraqlı Özəl

İçi pambıq kimi yumşaq, xırçıltılı poğaça resepti

İçi pambıq kimi yumşaq, xırçıltılı poğaça resepti

Türkiyə mətbəxində səhər yeməyinin və uşaqların məktəb çantalarının imtinaedilməz ləzzəti olan içi pambıq kimi yumşaq, çölü isə xırtıldayan poğaça mətbəximizdə də geniş yer almağa başlayıb

Demokrat.az xüsusi düyü unlu soosu sayəsində xaricdən yüngül xırtıldayan, daxildən isə pambıq kimi yumşaq qalan mayalı şişmə poğaça reseptini təqdim edir.

Lazım Olan Ərzaqlar

1 stəkan ilıq su

1 stəkan ilıq süd

Yarım stəkan duru yağ

1 paket quru maya

1.5 çay qaşığı duz

5 stəkan un

Sous üçün:

Yarım stəkan düyü unu

Yarım stəkan su

1 paket quru maya

1 çay qaşığı şəkər tozu

1 çay qaşığı duz

2 yemək qaşığı zeytun yağı

Hazırlanma Qaydası

Xəmirin yoğrulması: Dərin bir qaba ilıq süd, ilıq su və mayanı töküb qarışdırın. Duru yağ, un və duz əlavə edərək ələ yapışmayan yumşaq xəmir yoğurun. Üzərini bağlayıb yarım saat mayalandırın.

Sousun hazırlanması: Üstü üçün su, düyü unu, şəkər tozu, duz, quru maya və zeytun yağını tam qarışdırın.

Forma verilməsi: Mayalanan xəmirdən bərabər hissələr qoparıb yuvarlayaraq kündələr düzəldin. Yağlı kağız sərilmiş listə düzün və üzərinə hazırladığınız sosdan çəkin.

Bişirilməsi: Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər təxminən 30-35 dəqiqə nəzarətli bişirin.

Süfrəyə verilməsi: Sobadan çıxardıqdan sonra ilk istiliyi keçənə qədər gözləyin və servis edin.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova