Şou-biznes Özəl

Songül Ödendən etiraf: "Öpüşmə səhnəsinə görə..." (FOTO)

Songül Ödendən etiraf: Öpüşmə səhnəsinə görə... (FOTO)

Songül Öden illər sonra "Gümüş" serialındakı öpüşmə səhnələri ilə bağlı diqqətçəkən açıqlamalar verib. Məşhur aktrisa bildirib ki, həmin səhnələr səbəbindən anasının təzyiqi qalxır və bir neçə dəfə xəstəxanalıq olub.

Kıvanç Tatlıtuğ ilə baş rolu paylaşdığı serial sayəsində böyük şöhrət qazanan Songül Öden, Armağan Çağlayanın proqramında ailəsinin o dövrdə yaşadığı çətinliklərdən danışıb.

Aktrisa bildirib ki, anası əvvəlcə onun aktrisalıq etməsini istəmirmiş:

Anam düşünürdü ki, bu qız pis bir mühitə düşüb, onu itirdik. İndi gülərək danışıram, amma o illər mənim üçün çox çətin idi.

Öden deyib ki, anasını razı salmaq üçün ona "TRT"də aparıcı olacağını söyləyib:

Anam bunu daha ciddi və təhlükəsiz peşə hesab etdi. Ona xəbər aparıcısı olacağımı dedim.

Məşhur aktrisa xüsusilə serialdakı öpüşmə səhnələrindən anasının çox təsirləndiyini vurğulayıb:

"Gümüş"dəki ilk öpüşmə səhnələrində anam bir neçə dəfə xəstəxanalıq oldu. Təzyiqi qalxırdı və "bu necə ola bilər?" deyirdi.”

Songül Öden bu hadisələri indi gülərək xatırladığını bildirərək zarafatla, “Həmişə deyirəm ki, anam sonradan Avropa Birliyinə daxil oldu,” deyib. O əlavə edib ki, anası artıq onun işi ilə fəxr edir.

Songül Ödendən etiraf: Öpüşmə səhnəsinə görə... (FOTO)

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova