Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pensiya ödənişlərinə ötən ilin eyni dövrünə nisbətən 10,5 % və yaxud 248 milyon manat çox - 2 milyard 608 milyon manat vəsait yönəldilib.
Demokrat.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, mayın 1-nə pensiyaların orta aylıq məbləği illik müqayisədə 10 % artımla 594 manat, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manat olub.
4 ayda 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 193 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Yəni, dövlət pensiya sahəsinə ayırdığı pulun miqdarını artırıb və nəticədə vətəndaşların aldığı orta pensiya məbləği yüksəlib. Yaşa görə pensiya alanların orta aylıq qazancı artıq 632 manata çatıb. Həmçinin artıq pensiya yaşına çatan şəxslərin sənəd toplamasına və ya hansısa idarəyə getməsinə ehtiyac qalmır, sistem bunu onların yerinə avtomatik və elektron formada həyata keçirir.
Demokrat.az


