Şou-biznes Özəl

"Yeraltı" izləyicilərinə pis xəbər

Yeraltı izləyicilərinə pis xəbər

NOW kanalında yayımlanan “Yeraltı” serialının mövsüm finalı tarixi məlum olub. Medyapım imzalı və bu ilin ən çox müzakirə olunan layihələrindən sayılan serial 20 may tarixində yayımlanacaq 16-cı bölümlə mövsümə fasilə verəcək.

Demokrat.az xəbər verir ki, bu barədə jurnalistBirsen Altuntas məlumat yayıb.

Serialın mövsüm finalı ilə bağlı uzun müddətdir tamaşaçılar arasında maraq vardı. Türkiyə mətbuatında yayılan son məlumata görə, ekran işində bəzi ayrılıqlar da yaşanacaq.

Yeraltı izləyicilərinə pis xəbər

Ssenarisi Berna Aruz tərəfindən qələmə alınan, rejissoru Murat Öztürk olan serialda ilk vida edən aktyor Cemal Hünal olacaq. Layihəyə “Kartal” obrazı ilə qonaq aktyor kimi qatılan məşhur sənətçinin mövsüm finalında diqqətçəkən şəkildə serialdan ayrılacağı bildirilir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova