Avto Özəl

Əfsanəvi "Niva"nın yeni modeli belə görünəcək — FOTO

Əfsanəvi Nivanın yeni modeli belə görünəcək — FOTO

Sovet dövründən bu günə qədər istehsalı davam edən əfsanəvi yolsuzluq avtomobilinin tamamilə yenilənmiş dizayn və müasir SUV üslubu ilə yenidən yollara çıxmağa hazırlaşdığı iddia olunur. Rusiyanın simvolik modellərindən biri olan Lada Niva sızdırılan yeni patent görüntüləri ilə yenidən gündəmə gəlib. Yayılan dizayn eskizləri avtomobilin daha müasir SUV görünüşü qazana biləcəyini göstərir. Yeni modelin dizayn xəttində xüsusilə Dacia Duster kimi Dacia modellərinə bənzər elementlərin olduğu bildirilir.

Demokrat.az xəbər verir ki, görüntülərdə diqqət çəkən əsas detallardan biri klassik Niva modelinə istinad edən dairəvi faralar və sərt, künclü kuzov quruluşudur. Bununla yanaşı avtomobil daha iri qanadlar, yüksəldilmiş çiyin xətti və LED işıqlandırma elementləri ilə daha müasir və aqressiv görünüş əldə edib.

İddialara görə layihə ilkin mərhələdə Renault ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Lakin Renault şirkətinin Rusiya bazarından çıxmasından sonra layihənin tamamilə yerli mühəndislər tərəfindən davam etdirildiyi qeyd olunur.

Əfsanəvi Nivanın yeni modeli belə görünəcək — FOTO

Məlumatlara görə yeni modelin Dacia və Renault tərəfindən istifadə olunan CMF-B platformasında hazırlanması planlaşdırılır. Bununla belə, bəzi mənbələr avtomobilin Lada Vesta bazasından uyğunlaşdırılmış platforma ilə təqdim oluna biləcəyini iddia edir.

Mühərrik seçimləri arasında isə AvtoVAZ-ın hazırkı 1.6 və 1.8 litrlik benzin mühərriklərinin yer alacağı gözlənilir.

Lada Niva Legend modeli 1977-ci ildən bəri demək olar ki, dəyişmədən istehsalda qalır. Lada Niva Travel isə 1998-ci ildən bazardadır və illər ərzində bir neçə dəfə yenilənib.

Bundan əlavə, Lada markasının yeni SUV strategiyası çərçivəsində bu il Lada Azimut modelinin də təqdim ediləcəyi gözlənilir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova