Türkiyənin sevilənaktrisalarından olan Özgü Namal Kann Film Festivalındakı görüntüsü ilə sosial şəbəkələrdə maraq doğurub.Aktrisa zərif görünüşü, sadə üslubu və illərə meydan oxuyan gözəlliyi ilə festivalın ən çox müzakirə edilən simalarından birinə çevrilib.
Demokrat.az xəbər verir ki, karyerasına gənc yaşda başlayan Özgü Namal xüsusilə 2000-ci illərdə çəkildiyi “Kurtlar Vadisi”, “Hanımın Çiftliği” və “Merhamet” serialları ilə xeyli tamaşaçı kütləsi qazanmışdı. O, peşəkarlığı ilə yanaşı, təbii gözəlliyi və özünəməxsus duruşu ilə də daim diqqət çəkib.
Bir müddət əvvəl şəhər həyatından uzaqlaşaraq ailəsi ilə sakit həyat sürməyi seçən aktrisa uzun müddət ekranlardan uzaq qalmışdı. Həyat yoldaşı Ahmet Serdar Oralın vəfatından sonra isə tamamilə mediadan uzaqlaşmışdı.
İllər sonra yenidən ekranlara qayıdan Özgü Namal son olaraq baş rol aldığı “Kıskanmak” serialı ilə gündəmə gəlmişdi. Onun dönüşü sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı.
Hazırda isə aktrisa beynəlxalq uğuru ilə diqqət çəkir. Baş rolunu canlandırdığı “Sarı Zarflar” filmi 76-cı Berlin Film Festivalında “Qızıl Ayı” mükafatını qazanaraq böyük səs-küy yaratmışdı. Rejissoru İlker Çatak olan ekran işi festival yoluna davam edərək bu dəfə 79-cu Kann Film Festivalına dəvət alıb.


Festival çərçivəsində qırmızı xalçada görüntülənən 47 yaşlı Özgü Namal zərifliyi ilə yenidən gündəmə çevrilib. Sosial şəbəkə istifadəçiləri onun təbii görünüşünü, sadə, amma təsirli tərzini yüksək qiymətləndiriblər.
İsmayıl Demokrat.az


