Uşaqların küçədə oyun oynamaq əvəzinə telefon, planşet və digər ekran qarşısında daha çox vaxt keçirməsi cəmiyyətdə ciddi müzakirə olunan məsələlərdən birinə çevrilib. Urbanizasiya, təhlükəsizlik narahatlıqları, valideynlərin iş rejimi və rəqəmsal texnologiyaların əlçatanlığı bu tendensiyanı daha da gücləndirir.
Məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, bu gün bir çox valideyn düşünür ki, uşağı küçəyə çıxmırsa, deməli, ən nümunəvi, ən ağıllı və ən tərbiyəli uşaq olacaq:

O diqqətə çatdırıb ki, xüsusilə səkkiz yaşdan aşağı uşaqlara telefon verərkən valideynlər bunun nəticələrini də bilməlidirlər:
“İlk növbədə uşağın qidalanma vərdişləri pozulur. Telefona baxaraq yemək yeyən uşaqlarda doyma siqnalı düzgün formalaşmır və gələcəkdə piylənmə riski artır. Bundan əlavə, uşaqlarda aqressiya, yuxu problemləri, əsəbilik və gərginlik yaranır. Analiz və qavrama qabiliyyəti zəifləyir, təhlil etmə bacarığı digər uşaqlarla müqayisədə geri qalır. Bununla yanaşı, uzun müddət telefondan istifadə göz problemlərinə səbəb olur. Eyni vəziyyətdə oturmaq isə dayaq-hərəkət aparatında problemlər yaradır. Nəticədə skolioz, kifoz kimi onurğa xəstəlikləri meydana çıxa bilir”.
Leyla Turan Demokrat.az


