Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbər heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində mühüm görüşlər keçirilib və qurumun regional nümayəndəliyinə yeni rəhbər təyin olunub.
AQC İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə, İdarə Heyətinin sədriVüqar Orucvə sədrin müşaviriAsif İbrahimovNaxçıvanda bir sıra rəsmi şəxslər və sahə mütəxəssisləri ilə bir araya gəliblər. Görüşlərdə muxtar respublikada qiymətləndirmə fəaliyyətinin canlandırılması və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.
media-img-20260512-wa0014
Səfər çərçivəsində AQC-nin Naxçıvan regional nümayəndəliyinə rəhbər təyinatı olub. Belə ki, bu məsuliyyətli vəzifəyəVahid Axundovgətirilib.
Təqdimat zamanı AQC sədri Vüqar Oruc yeni rəhbərə cəmiyyətinxüsusi döş nişanınıtəqdim edib. Sədr bildirib ki, Vahid Axundovun rəhbərliyi ilə nümayəndəlik muxtar respublikada qiymətləndirmə standartlarının yüksəldilməsi və şəffaflığın təmin olunması istiqamətində aktiv fəaliyyət göstərəcək.
media-img-20260511-wa0229
Səfər müddətində keçirilən ikitərəfli görüşlərdə Naxçıvan Muxtar Respublikasıda peşəkar qiymətləndirici kadrların hazırlanması daşınmaz əmlak və digər aktivlərin qiymətləndirilməsində yeni metodologiyaların tətbiqi, Zəngəzur dəhlizinin açılması ilə əlaqələrin daha da genişlənməsi, AQC-nin Muxtar Respublikada gələcək fəaliyyət planları ətrafında fikir mübadiləsi aparılıb.
media-img-20260511-wa0228
Demokrat.az


