Şou-biznes Özəl

"Survivor"da bədbəxt hadisə — İştirakçının ayağı kəsildi (FOTOLAR)

Survivorda bədbəxt hadisə — İştirakçının ayağı kəsildi (FOTOLAR)

Dominikanda keçirilən "Survivor Yunanıstan" yarışmasında hər kəsi sarsıdan bədbəxt hadisə baş verib. Məşhur iştirakçı Stavros Floros dənizdə sualtı tüfənglə balıq ovlayarkən sürətli qayığın pərinin altına düşərək ağır xəsarət alıb.

Demokrat.az xəbər verir ki, hadisə çəkilişlərdən kənar vaxtda qeydə alınıb. Florosun su altında olduğu zaman turizm qayığı tərəfindən vurulduğu bildirilir. Zərbə nəticəsində iştirakçının ayağında dərin kəsiklər yaranıb və o, dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Survivorda bədbəxt hadisə — İştirakçının ayağı kəsildi (FOTOLAR)
Survivorda bədbəxt hadisə — İştirakçının ayağı kəsildi (FOTOLAR)

Yarışmanın yayımı baş verən faciəvi hadisəyə görə qeyri-müəyyən müddətə dayandırılıb. Çəkiliş qrupu iştirakçının vəziyyətinin ağır, lakin stabil olduğunu, həyatı təhlükəsinin qalmadığını açıqlayıb.

Hazırda yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı geniş araşdırma aparır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova