Hadisə

Lökbatandakı yanğında xəsarət alan var? — Rəsmi açıqlama

Lökbatandakı yanğında xəsarət alan var? — Rəsmi açıqlama

Lökbatan qəsəbəsində baş verən yanğınla bağlı rəsmi qurumlar son məlumatları açıqlayıb.

Demokrat.az xəbər verir ki, mayın 12-də saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan çağırış daxil olub. Məlumata görə, hadisənin baş verdiyi ünvana dərhal təcili tibbi yardım briqadası göndərilib. Səhər saat 09:30-a olan rəsmi məlumata əsasən, yanğın nəticəsində hər hansı xəsarət alan olmayıb. Hazırda ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir.

Lökbatanda gecə saatlarında başlayan yanğın zamanı tibbi yardım briqadası hadisə yerində olsa da, xoşbəxtlikdən xəsarət alan və ya ölən qeydə alınmayıb.

Demokrat.az

NE
Nihadə Eyyubova