Siyasət Özəl

"İranda hakimiyyət dəyişikliyinə zəmanət verməmişdim"

İranda hakimiyyət dəyişikliyinə zəmanət verməmişdim

İsrailin Baş naziri Benjamin Netanyahu bildirib ki, fevral ayında ABŞ Prezidenti Donald Trump ilə görüşü zamanı Vaşinqton və Təl-Əvivin mümkün birgə əməliyyatının İranda hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyinə dair təminat verməyib.

Demokrat.az-ın məlumatına görə Netanyahu “CBS News”a müsahibəsində deyib ki, o, əksinə, əməliyyatın nəticələrinin qeyri-müəyyən olduğunu vurğulayıb.

“Biz nəticələrin nə olacağını dəqiq bilmirdik. Mən heç vaxt rejim dəyişikliyinə zəmanət verməmişdim”, — deyə İsrail baş naziri bildirib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər mümkün hərbi əməliyyatların risklərini və region üçün nəticələrini də müzakirə ediblər.

“Biz həm uğur ehtimalını, həm də riskləri qiymətləndirirdik”, — Netanyahu qeyd edib.

CBS tərəfindən yayımlanan müsahibənin tam mətnində Netanyahu bildirib ki, İrandakı vəziyyətin dəyişə biləcəyini düşünsə də, bunu “qarantiya” kimi təqdim etməyib.

Bəzi ABŞ mediasında, xüsusilə "The New York Times"a istinad edən materiallarda Netanyahunun həmin dövrdə Trampa İran hakimiyyətinin zəiflədiyini və mümkün siyasi dəyişiklik ssenarisini təqdim etdiyi iddia olunurdu. Bununla belə, İsrail baş naziri hazırkı açıqlamasında belə bir təminat vermədiyini vurğulayıb.

Müsahibə CBS News tərəfindən yayımlanıb.

Demokrat.az

NE
Nihadə Eyyubova