Siyasət

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır — YENİLƏNİB

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır — YENİLƏNİB

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.

Demokrat.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

*** 09:44

Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev anadan olmasının 103-cü ildönümündə hörmətlə anılır.

Demokrat.az xəbər verir ki, rəsmilər ulu öndərin məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. (oxu.az)

*** 09:26

Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev anadan olmasının 103-cü ildönümündə hörmətlə anılır.

Demokrat.az xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmi şəxslər səhər saatlarından onun Fəxri xiyabandakı məzarını ziyarət edərək ruhuna dualar oxuyurlar.

Heydər Əliyevin məzarı üstünə çiçək dəstələri düzüblər. (oxu.az)

Demokrat.az

NE
Nihadə Eyyubova