Həkim prostat xərçənginin erkən əlamətlərini açıqlayıb.
Demokrat.az xəbər verir ki, rusiyalı uroloq-androloq Konstantin Antonov bildirib ki, prostat xərçəngi erkən mərhələdə çox vaxt demək olar ki, simptomsuz keçir.
Həkimin sözlərinə görə, kişilərdə tez-tez sidiyə getmə, sidik ifrazı zamanı narahatlıq və ya zəif sidik axını prostat xərçənginin ilkin əlamətləri ola bilər. Bu simptomlar həm yaşla bağlı dəyişikliklərə, həm də sidik-cinsiyyət sistemində gizli iltihaba işarə edə bilər.
Antonov qeyd edib ki, xəstəlik erkən mərhələdə zəif simptom verdiyi üçün çox vaxt gec aşkar olunur. Buna görə də 40 yaşdan sonra kişilərin mütəmadi uroloq müayinəsindən keçməsi vacibdir.
Həkim xüsusilə 50 yaşdan yuxarı kişilərə, artıq çəkisi olanlara və çoxlu qırmızı ət və heyvani yağ qəbul edən insanlara diqqətli olmağı tövsiyə edib.
Mütəxəssis əlavə edib ki, yaxın qohumlarında prostat xərçəngi aşkarlanan şəxslər risk qrupuna daxildir. Skrininq müayinələrinə PSA qan analizi, prostat vəzinin ultrasəs müayinəsi və lazım olduqda MRT daxildir.
İsmayıl Demokrat.az


