İstanbul 54-cü Asliye Cəza Məhkəməsində müğənni Mabel Matizin "Perperişan" mahnısının sözlərinə görə "müstəhcenlik" ittihamı ilə mühakimə olunduğu iş üzrə qərar elan edilib.
Demokrat.az xəbər verir ki, məhkəmə heyəti dördüncü iclasın sonunda sənətçinin cinayət tərkibi müəyyən edilmədiyindən bəraət almasına qərar verib.
Xatırladaq ki, Aile və Sosial Xidmətlər Nazirliyinin müraciəti əsasında ötən ilin sentyabrında mahnıya qadağa qoyulmuşdu. Daha sonra Daxili İşlər Nazirliyinin şikayəti ilə başlayan cinayət işində prokuror mahnı sözlərinin ümumi əxlaqa zidd olduğunu iddia edərək sənətçinin həbsini tələb etmişdi.
Mabel Matiz isə məhkəmədəki ifadələrində sözlərin bədii metaforalardan ibarət olduğunu bildirmişdi.
Məhkəmənin bəraət qərarı ilə sənətçiyə qarşı irəli sürülən bütün ittihamlar ləğv olunub.
Demokrat.az


