İnfrastruktur

"İstənilən nəqliyyat dəhlizinin 3 parametri var: Sürət, tarif və təhlükəsizliklə keyfiyyət..." — Rövşən Rüstəmov (VİDEO)

İstənilən nəqliyyat dəhlizinin 3 parametri var: Sürət, tarif və təhlükəsizliklə keyfiyyət... — Rövşən Rüstəmov (VİDEO)

Ümumiyyətlə, istənilən dəhlizi müqayisə etsək, onun əsas üç parametrini görə bilərik ki, bunların biri sürət, tarif, yəni qiymət, bir də təhlükəsizlik və keyfiyyət məqamlarıdır. Orta Dəhlizin üstünlüklərinə baxsaq, görəcəyik ki, təhlükəsizlik və keyfiyyət xüsusilə önəm daşıyır. Ona görə də bizim müştərilər – həm Avropadan, həm də Çindən olan müştərilərimiz mütləq şəkildə bu önəmə daha çox üstünlük verirlər.

Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına vəAZƏRTAC-a müsahibəsi zamanı deyib.

NE
Nihadə Eyyubova