Sosial

"İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi

İçərişəhərdəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Layihələrin idarə olunması və əməkdaşlıq şöbəsi müdiri vəzifəsindən azad olunub.

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmudun müvafiq əmri ilə Elsever Məmmədov sözügedən şöbənin müdiri vəzifəsindən öz istəyi ilə azad edilib.

Elsever Məmmədov bundan sonra fəaliyyətini Paris şəhərində UNESCO-nun Yaşayan İrs Mərkəzində Layihələr üzrə məsul şəxs vəzifəsində davam etdirəcək.

NE
Nihadə Eyyubova