Bakı sakinləri üçün vacib hərəkət istiqamətlərindən birində nəqliyyatın hərəkəti bir günlük dayandırılır. Paytaxtın mərkəzi küçələrində hərəkət edən sürücülər hərəkət trayektoriyasını əvvəlcədən müəyyənləşdirməli olacaqlar.
Demokrat.az xəbər verir ki, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsi ilə Abbasqulu ağa Bakıxanov küçəsi arasında qalan hissəsində təmir-bərpa işlərinə başlanılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bu addımın atıldığını bildirib.
Nəzərdə tutulan işlərlə əlaqədar olaraq 8 may saat 22:00-dan etibarən sözügedən ərazidə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Bu qadağa 9 may saat 23:00-dək qüvvədə qalacaq. Dövlət Agentliyi sürücülərdən yaranacaq müvəqqəti çətinliyi anlayışla qarşılamağı və alternativ marşrutlardan istifadə etməyi xahiş edir.
Demokrat.az


