Şou-biznes Özəl

15 milyon izləyicisi silindi

15 milyon izləyicisi silindi

“Instagram” platformadakı saxta və aktiv olmayan hesablara qarşı genişmiqyaslı təmizlik aparıb.

Demokrat.az xəbər verir ki, bot hesabların silinməsindən sonra dünyaca məşhur simalardan Türkiyədəki aktyorlara qədər bir çox istifadəçinin izləyici sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Bəzi məşhurların milyonlarla izləyici itirməsi sosial mediada geniş müzakirə olunub.

“Instagram” və ana şirkət “Meta” uzun müddətdir platformada saxta hesablara qarşı mütəmadi yoxlamalar həyata keçirir. Son təmizlik dalğasında xüsusilə yüksək izləyici sayına malik hesablar ciddi itkilərlə üzləşib. Mütəxəssislərin fikrincə, bu proses real əlaqə və aktivlik göstəricilərini daha şəffaf hala gətirməyi hədəfləyir.

İzləyici itkisi yaşayan bəzi məşhurlar bunlardır:

- Kayli Cenner: 15 milyon - Kristiano Ronaldo: 8 milyon - Selena Qomez: 6 milyon - Ariana Qrande: 6 milyon - Beyons: 5 milyon - Castin Biber: 5 milyon - Lionel Messi: 5 milyon - Teylor Svift: 4 milyon - Cennifer Lopez: 4 milyon - Mayli Sayrus: 3 milyon - Keti Perri: 3 milyon - Rihanna: 2 milyon - Zendaya: 2 milyon - Şakira: 1 milyon - Dua Lipa: 841 min - Ledi Qaqa: 750 min - Adel: 577 min - Demet Özdəmir: 400 min - Çağatay Ulusoy: 100 min - Pınar Dəniz: 100 min - Burak Dəniz: 100 min

Xüsusilə influenserlər və məşhurlar üçün izləyici sayı reklam müqavilələri və brend əməkdaşlıqlarında mühüm göstərici olaraq qalır. Lakin sosial media mütəxəssisləri bot hesabların silinməsinin uzunmüddətli perspektivdə daha real statistik nəticələr yaratdığını bildirirlər.

Digər tərəfdən, “Meta” yalnız bot hesablarla deyil, yaş doğrulama sistemləri ilə də platforma nəzarətini gücləndirir. Şirkət 13 yaşdan kiçik istifadəçilərin aşkarlanması üçün süni intellekt əsaslı analiz sistemləri üzərində işlədiyini də açıqlayıb.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova