Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçimüəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb.
Demokrat.az-ın məlumatına görə,Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki, tədris prosesi yaxşı keçsə də, insident onları narahat edib.
“Videonun bu şəkildə yayılması və oğlumun da həmin görüntülərdə yer almasına görə açıqlama istəyirik. Biz hamımız uşaqlarımızı bağçadan çıxara bilərik, amma bağça tapmağın özü də problemdir və çətin məsələdir. Buraya ödəniş də etmişik. İstəmərik ki, bağça bağlansın, amma müəllimlər dəyişdirilsə, daha yaxşı olar”, - Ə.Nağıyeva qeyd edib.
Bağçanın əməkdaşı Məleykə Kərimova isə deyib ki, sosial şəbəkədə yayılmış xoşagəlməz hal ilə bağlı tədbir görülüb:“Məsul şəxs işdən azad edilib və polis tərəfindən məsələ araşdırılır”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə ilə əlaqədar sözügedən bağçanın əməkdaşıpolis idarəsinə dəvət edilərək onunla profilaktik söhbət aparılıb.
Daha ətraflı videomaterialda:
*** 06.05.2026 19:35Gəncədə uşaqların təhqir olunduğu kadrların qeydə alındığı məktəbəqədər təhsil müəssisəsi özəl bağçadır.
Demokrat.az Lent.az-a istinadən xəbər verir ki,
bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.Qurumdan bildirilib ki, sözügedən görüntülərin çəkildiyi müəssisə özəl fəaliyyət göstərir və idarənin tabeliyində deyil.
*** Gəncədə uşaq bağçasında azyaşlılar təhqir olunub.
Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən məlum olur ki, azyaşlılara "təlim" keçən tərbiyəçi onlara əsəbiləşib və "tormoz", "monqol" kimi təhqiramiz ifadələr səsləndirib.
Lakin videonun hansı bağçada çəkildiyi məlum deyil.
Demokrat.az


