Kortizol bədəndə stressə cavab olaraq ifraz olunan əsas hormonlardan biridir. Onun səviyyəsinin artması çox vaxt orqanizmin gərginlik altında olduğuna işarə edir.
Bu hormon steroid quruluşludur və bir çox həyati funksiyalarda iştirak edir. Fiziki və ya psixoloji stress zamanı ifrazı artır və bədənin uyğunlaşmasına kömək edir. Kortizol xüsusilə çətin vəziyyətlərdə enerji balansını qorumağa çalışır, ikinci dərəcəli proseslərə sərf olunan enerjini azaldır.
Ancaq kortizol uzun müddət yüksək səviyyədə qalarsa, bu, sağlamlıq üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu hal hiperkortizolizm kimi tanınır və ümumi vəziyyətin pisləşməsi ilə müşayiət oluna bilər.
Artmış kortizol səviyyəsi aşağıdakı əlamətlərlə özünü göstərə bilər:
Daimi yorğunluq
Qısa müddətdə enerji versə də, uzun müddətdə bədəni zəiflədir, halsızlıq və əzələ gücsüzlüyü yaradır.
Qan təzyiqinin yüksəlməsi
Orqanizm daimi “hazır vəziyyətdə” olur, ürək daha sürətli işləyir və bu da təzyiqin artmasına səbəb olur.
Əhval pozuntuları
Narahatlıq, gərginlik, tez-tez əhval dəyişməsi və depressiv hisslər müşahidə oluna bilər.
Çəki yığılması
Hətta qidalanma çox dəyişməsə belə, maddələr mübadiləsi yavaşlaya və bədəndə yağ toplanması arta bilər.
Dəri ilə bağlı problemlər
Damarların həssaslığı artır, göyərmələr yaranır və yaraların sağalması gecikir.
Leyla Demokrat.az


