Şou-biznes Özəl

Qeyri-etik səhnələri olan serialla bağlı qərar verildi

Qeyri-etik səhnələri olan serialla bağlı qərar verildi

Yayımlandığı ilk gündən bəri cəmiyyətdə ciddi narazılıq yaradan ekran işi gözlənilməz şəkildə bitir. Süjet xətti və personajların hərəkətləri ilə müzakirə obyektinə çevrilən layihənin yayımı dayandırılır.

Demokrat.az xəbər verir ki, NOW telekanalında yayımlanan "Kıskanmak" serialı final qərarı alıb. Ekran işi mayın 19-da nümayiş olunacaq 33-cü bölümü ilə tamaşaçılarla vidalaşacaq. Artıq serialın son səhnələri çəkilib və yaradıcı heyət çəkiliş meydançasında vida tortu kəsərək işlərini tamamlayıb.

Qeyd edək ki, "Ay Yapım"ın istehsalı olan layihə son vaxtlar sərt tənqidlərlə üzləşmişdi. Serialda üç qadın obrazının həyat yoldaşlarından deyil, başqa kişilərdən hamilə qalması sosial şəbəkələrdə böyük qalmaqala səbəb olmuşdu. İzləyicilər serialın ailə dəyərlərinə zidd olduğunu bildirərək RTÜK-ə (Radio və Televiziya Ali Şurası) çoxsaylı şikayətlər ünvanlamışdılar.

Serialın final bölümündə hadisələr daha da gərginləşəcək. Məlumata görə, Mediha həbsxanada keçmişi ilə üzləşərkən, Cihan Senihanın yalanları qarşısında çətin anlar yaşayacaq. Nalan isə Mükerremi həyatından çıxarmaq üçün təhlükəli yola əl atacaq.

Xatırladaq ki, serialın baş rollarını Özgü Namal, Salahettin Paşalı, Mehmet Günsür və Hafsanur Sancaktutan paylaşırdı. Rejissor Nadim Güçün rəhbərliyi ilə çəkilən layihə 33 həftəlik ekran macərasına nöqtə qoyur.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova