Marketten alınan və dadına doymadığınız rulokatı evdə hazırlamaq mümkündür. Üstəlik, bu versiya qatqı maddəsiz və protein tərkibli xırtıldayan bir şirniyyat kimi təqdim olunur.
Demokrat.az xəbər verir ki, çay və qəhvə saatlarını daha ləzzətli edən bu rulokatlar həm asan hazırlanır, həm də fərqli teksturası ilə diqqət çəkir.
Ağızda dağılacaq qədər yüngül və xırtıldayan strukturu ilə seçilən evdə hazırlanan rulokat çay süfrələrinin sevilən şirniyyatlarından biri ola bilər. Hazırlıq prosesi isə həm zövqlü, həm də nəticəsi baxımından məmnunedici hesab olunur.
Xırtıldayan rulokat üçün inqrediyentlər
* 2 ədəd yumurta ağı * 3 xörək qaşığı şəkər tozu * 1 çimdik duz * 3 xörək qaşığı un * 1 çay qaşığı nişasta * 7 xörək qaşığı duru yağ * 1 paket vanilin * 1 banka şokolad kremi
Bir çox şirniyyatda olduğu kimi burada da temperatur balansı önəmlidir. İçlik olaraq istifadə edilən şokolad kreminin tamamilə soyuq olması rulokatın formalaşmasını asanlaşdırır və daha yaxşı nəticə verir.
Xırtıldayan rulokat necə hazırlanır?
Yumurta ağı, şəkər tozu və duz bir qabda qarışdırılır. Daha sonra ələnmiş un və nişasta əlavə edilərək qarışdırılmağa davam edilir. Sonda duru yağ və vanilin əlavə olunaraq qarışım homojen hala gətirilir.
Qızdırılmış tavaya bir xörək qaşığı qarışım qoyulur və dərhal incə şəkildə yayılır. Qarışım nə qədər nazik yayılarsa, rulokat bir o qədər xırtıldayan alınır. Alt hissə rəngini dəyişməyə başladıqda, pipet və ya nazik bir spatula köməyi ilə sürətlə sarılmalıdır. Bu mərhələ sürət tələb edir, çünki qarışım tez bərkiyir.
Hazır rulonların içi şokolad kremi ilə doldurulur və servisə hazırlanır.
Qarışımın nazik yayılması rulokatın daha tez bişməsinə və daha xırtıldayan olmasına imkan verir. Tavada çox saxlanılmamalıdır, əks halda sərtləşərək qırılma riski yaradır.
Sonda ortaya çıxan ev üsulu rulokatlar çay və qəhvə saatları üçün sadə, lakin ləzzətli bir alternativ kimi təqdim oluna bilər.
Jalə Demokrat.az


