Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri İrandan buraxıldığı bildirilən bir neçə hava hədəfini zərərsizləşdirib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamada qeyd olunur ki, məhv edilən hədəflər arasında 12 ballistik raket, 3 qanadlı raket və 4 pilotsuz uçuş aparatı yer alıb. Bildirilib ki, hava hücumundan müdafiə sistemləri bütün obyektləri uğurla məhv edərək potensial təhlükənin qarşısını alıb.
Demokrat.az


