Şou-biznes Özəl

55 yaşlı tanınmış aparıcı 27 yaşlı oğlana ərə getdi — FOTO

55 yaşlı tanınmış aparıcı 27 yaşlı oğlana ərə getdi — FOTO

Almaniyada tanınmış televiziya və radio aparıcısı Diana Schell şəxsi həyatı ilə gündəmə gəlib. 55 yaşlı aparıcının özündən xeyli gənc, 27 yaşlı Alen adlı kişi ilə gizli şəkildə ailə qurduğu məlum olub.

Demokrat.az xəbər verir ki, bu barədə o, Almaniyanın məşhur nəşrlərindən biri olan "Bunte" jurnalına müsahibəsində danışıb.

Schell bildirib ki, toy mərasimindən yaxın ətrafı belə xəbərsiz olub. Onun sözlərinə görə, mərasimdə yalnız nikah qeydiyyatçısı və fotoqraf iştirak edib.

“Bu, çox romantik idi. Hər ikimiz üçün bu addım sevgimizin sübutu oldu”, – deyə aparıcı qeyd edib.

55 yaşlı tanınmış aparıcı 27 yaşlı oğlana ərə getdi — FOTO

Məlumata görə, cütlük iş mühitində tanış olub. Daha sonra Alen sosial şəbəkələr vasitəsilə Schellə yazaraq onu görüşə dəvət edib.

Aparıcı həyat yoldaşının yaşı ilə bağlı tənqidlərə münasibət bildirərək, onun anasından üç yaş böyük olduğunu vurğulayıb.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova