Şou-biznes Özəl

Türkiyə serial sektorunda böhran: Aktyor qonorarları müzakirəyə səbəb oldu

Türkiyə serial sektorunda böhran: Aktyor qonorarları müzakirəyə səbəb oldu

Türkiyədə reytinq cədvəllərində lider olan serialların istehsalçıları artan maliyyə yükü fonunda yeni addımlar atmağa başlayıb.

Demokrat.az xəbər verir ki, sənaye daxilində yayılan məlumatlara görə, yüksək büdcələr səbəbindən layihələrin davamlılığı sual altına düşüb.

Bildirilir ki, son dövrlərdə xüsusilə baş rol ifaçılarının bölüm üzrə qazancı rekord səviyyəyə yüksəlib. Bunun nəticəsində bir seriyanın çəkiliş xərci artıq 20–30 milyon lirə aralığında dəyişir. Bu isə televiziya kanalları üçün ciddi maliyyə təzyiqi yaradır.

Mövcud vəziyyətin davam edəcəyi təqdirdə, növbəti mövsümdə bir sıra populyar layihələrin erkən final etməsi ehtimalı artır. Bu riskləri azaltmaq üçün kanallar prodüserlərə büdcəni 15–18 milyon lirə civarına endirməyi tövsiyə edib.

İddialı serialların arxasında duran istehsal şirkətləri də xərclərin optimallaşdırılması istiqamətində tədbirlərə başlayıb. Əsas müzakirə mövzularından biri isə yüksək qonorar alan aktyorların ödənişlərinin azaldılmasıdır. Artıq bəzi aktyorlara bu istiqamətdə müraciət edildiyi bildirilir, lakin onların bu təklifə necə reaksiya verəcəyi hələlik qeyri-müəyyəndir.

Sektorda ən çox qazanan aktyorların bölüm başına honorarları isə diqqət çəkir:

*Kənan İmirzalıoğlu – 4,5 milyon lirə (169 min manat) *Afra Saraçoğlu – 2,5 milyon lirə (94 min manat) *Çağatay Ulusoy – 3,5 milyon lirə (132 min manat) *Demet Özdemir – 2 milyon lirə (75 min manat) *Uraz Kaygılaroğlu – 1,5 milyon lirə (45 min manat) *Devrim Özkan – 1 milyon lirə (38 min manat) *Deniz Can Aktaş – 1,2 milyon lirə (36 min manat) *Ozan Akbaba – 1,5 milyon lirə (56 min manat) *Sinem Ünsal – 1 milyon lirə (30 min manat) *Mert Ramazan Demir – 2,5 milyon lirə (94 min manat) *Melis Sezen – 1,5 milyon lirə (56 min manat) *Tolga Sarıtaş – 1,2 milyon lirə (45 min manat) *Rabia Soytürk – 600 min lirə (23 min manat) *Sıla Türkoğlu – 1 milyon lirə (38 min manat)

Hazırda sektorun gələcək taleyi böyük ölçüdə həm prodüserlərin, həm də aktyorların bu maliyyə çağırışlarına necə cavab verəcəyindən asılı olacaq.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova