“Kayıp zaman” serialının aktyor heyətinə yeni isim daxil olub.
Türkiyə mediasının yaydığı xəbərlərə görə, layihədə Berk Bakıoğlu da rol alacaq. Aktyor serialda Alpay obrazına həyat verəcək.
Xatırladaq ki, ekran işinin əsas rollarında Hazal Subaşı, Kaan Yıldırım, Damla Sönmez, Yağmur Yüksel, Yetkin Dikinciler, Füsun Kostak və Kayra Şenocak yer alır. 


