Kriminal

Toyda iki qardaş bıçaqlandı

Toyda iki qardaş bıçaqlandı

Göygöldə toy məclisində iki qardaş bıçaqlanıb.

Demokrat.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Toy zamanı yaranan mübahisə nəticəsində 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunublar.

Hazırda hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Demokrat.az

NE
Nihadə Eyyubova